Nə qədər kədərli olsa belə, lakin hər birimizin həyat dövrü yalnız sevinc və qayğısız yaşayış  deyil, sağlamlıq da daxil olmaqla ciddi problemlər də müşayiət edilə bilər. Bununla heçnə edə bilmərik, təbiəti aldanmaq mümkün deyil. Əlbəttə, yaşlılıq və ya xəstəliyin qarşısını almaq çox çətindir, amma özümüzü əzab-əziyyətdən, narahatçılıqdan qurtarmaq mümkündür.

Bəzən gözlənilməz şərtlər bizi tamamilə hazır olmadığı bir zamanda tapir. Bize kömək lazım olur, yaxın adamın köməyi! İlk istəkimiz onu diqqət və qulluqla əhatə etməkdir. Lakin bu uzun müddət davam edə bilməz və olmamalıdır. Axı bunun üçün baxıcılıq xidməti (tibb bacısı) mövcuddur. Və Siz şəxsən özüvüz qulluq edə bilmirsiz deyənə vicdan əzabı çəkməli deyilsiz. Çünki Siz bu işin öz mütəxəssisinə, peşəkarına etibar edirsiz. Bu günlərdə bir (tibb bacısının) baxıcı xidmətləri çox yayılıb. Və bu xidmətlərdən yalnız imkanlı şəxslər deyil, həmdə orta təbəqəli insanlar da sifariş edə bilər. İndi siz evnən iş arasında qalmayacaqsız. Xəstəyə lazım olan qulluq barədə düşünməyəcəksiz. Ailənizə rahatlıq hədiyə edəcəksiniz. Sizə yaxın bir insanın sağlamlığını əsl bir peşəkara əmanət edilməsindən mənəvi məmnuniyyət duyacaqsınız.